XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2017 - 15:55

Həbsdə olan atasına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb –Əməliyyat

Penitensiar xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seyid-Hüseyn Mirmehti oğlu Ağamiyə oğlu Şirvan şəhər sakini Mirmövsüm Seyid-Hüseyn oğlu Ağami tərəfindən gətirilmiş sovqata və əşyalara baxış keçirilən zaman plastik qabda olan dovğanın içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdən ümumi çəkisi 1.663 qram olan narkotik maddə – kokain aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Sabunçu Rayon Polis İdarəsinə göndərilib.