XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 23:45

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında zəncirvari qəza –5 nəfər xəsarət alıb

Bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX)  aparılıblar.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.