XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 10:11

Lənkəranda ağır yol qəzası- FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olunub.

Dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:05-də başa çatıb.