XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2017 - 16:25

Milli Parkda qadın özünü dənizə ataraqintihar edib

Bakıda qadın özünü dənizə atmaqla intihar edib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Parkda baş verib.
 
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 50-55 yaşlarında olan qadın meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.