XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 18:04

Bakıda İran vətəndaşını sərxoş halda vurub qaçan sürücü həbs edildi –Rəsmi

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun mətbuat xidmətlərinin Strateq.az-a daxil olan birgə məlumatında bildirilib ki, avqustun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 1968-ci il təvəllüdlü Qurbanov Vaqif Əsədulla oğlunun idarə etdiyi "London Taxi” markalı 10-TH-387 dövlət nömrə nişanlı avtomobillə İran İslam Respublikasının vətəndaşı Heydəri Həsən Vali oğlunun idarə etdiyi "OKA” markalı 10-NX-581 dövlət nömrə nişanlı avtomobilin hərəkət yoluna çıxıb:

"Toqquşma nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və V.Qurbanovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində V.Qurbanov tutularaq istintaqa cəlb edilib.

V.Qurbanovun avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif olunub.

V.Qurbanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib".

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.