XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 19:16

Masallıda ağır yol qəzası:2 nəfər ölüb, 2-si yaralanıb

Masallı rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Lənkəran rayonundan yas mərasimindən qayıdan Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Nazim Əkbər oğlu Həsənov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər – 1968-ci il təvəllüdlü Aidə Həsənova və Afər Əmrahov hadisə yerində ölüblər.

Avtomobilin sürücüsü və digər sərnişin Zamiq Rafiq oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.