XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 11:32

Həbsxanada dustaqlar arasında dava düşdü, xəsarət alan var –Azərbaycanda

Bakı şəhərindəki cəzaçəkmə müəssisəsində məhkumlar arasında dava-dalaş baş verib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Məhkumlar arasında baş verən qarşıdurmada 32 yaşlı İsrail Vəliyev məhkum yoldaşı, 24 yaşlı Firqət Abbasova xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.