XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 18:48

Qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqladı –Göygöldə şok hadisə

Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Çaykənd kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev traktoru ilə işləmək üçün Şəmkir rayonuna gedib.

Atasının evdə olmamasından istifadə edən 25  yaşlı Qızbəsti Abdullayeva isə sevgilisini yaşadığı evə gətirib. Lakin traktorda nasazlıq olduğu üçün qızın atası evə tez qayıdıb və qızını yatağ otağında sevgilisi ilə birlikdə görüb. Bu zaman ata və qızı arasında mübahisə yaranıb. Mübahisə zəmnində Q.Abdullayeva sevgilisi ilə birlikdə atasını döyüb. Sonra o, mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirib və sevgilisi ilə birlikdə hadisə yerindən qaçıb.

Çoxlu qan itirən B.Abdullayev  qonşuların köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin ağırlaşdığı üçün Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən şəxs isə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.