XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 10:14

Neftçalada intihar –56 yaşlı kişi özünü asdı

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Mütəllim Əhmədağa oğlu Cahangirov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.