XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 06:20

Abşeronda qanlı hadisə: Yeznə baldızını bıçaqladı
 
Abşeron rayonunda qanlı hadisə baş verib.
 
APA-nın məlumatına görə, yeznə baldızını bıçaqlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb.
 
Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib.
 
Aslan Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.
 
Faktla əlaqədar araşdırmalara başlanılıb.