Lerikdə baş verən ağır avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.