XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2017 - 19:13

Avtomobil kanala düşdü- Sürücü öldü

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:23-də başa çatıb.