XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 15:19

Toy karvanında olan avtomobili 4 nəfəri vurub qaçdı –Ölən və yaralananlar var

Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb.

Hadisə rayonun Yeni Daşkənd kənd ərazisimdə baş verib.

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər: – 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Report