Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxs "Volksvagen" markalı avtomobillə piyadaları vurub.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4-ü isə yaralanıb.
Ölənin qadın olduğu bildirilib.
Ehtimal edilir ki, sürücü idarəetməni itirib və nəticədə sözügedən qəza baş verib.
Olayın terror ehtimalı olması araşdırılır.