XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 09:43

İsmayıllı postunda polislə “qaçdı-tutdu” oyunu…

İsmayıllı postunda polislə

Narkotacirlər bütün tədbirlərə və cəzalara rəğmən, gəlirlərini itirməmək üçün müxtəlif yollara əl atırlar. Amma bu yolların qarşısını polis kəsəndə maraqlı hadisələr də yaşanır. Belə maraqlı hadisələrdən biri İsmayılı rayonunda yaşanıb.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi “Nissan” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi tərəfindən İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb. Bu zaman 2 sərnişin avtomobildən düşərək qaçıb.
Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Sürücü İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib.