XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 12:58

Türkiyə millisinin sabiq qapıçısı həbs edildi –FETÖ ittihamı

Futbol üzrə Türkiyə millisinin keçmiş qapıçısı Ömər Çatkıç FETÖ istintaqı çərçivəsində saxlanılıb.

Axar.az xəbər verir ki, onun FETÖ-nun Baylok xəbərləşmə proqramından istifadə etdiyi üzə çıxıb. Polis onun evində axtarışlar aparıb.

Qeyd edək ki, 2012-ci ildə karyerasını başa vuran qapıçı Türkiyənin 2002-ci ildə dünya üçüncüsü olduğu heyətdə yer almışdı.