XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2017 - 13:04

Gömrükdə əməliyyat –Külli miqdarda pirotexniki vasitə tutuldu + FOTO

Gömrükçülər avtomobildə pirotexniki vasitə və fişənglər aşkar ediblər.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21061 markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsində 650 qutu pirotexniki vasitə və 6 ədəd fişəng aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.