XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 10:43

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı ölüb- Maşın vurub

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
 
APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.  
 
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb. 
 
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.