XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2017 - 18:05

Vitse-admiral Şahin Sultanovun cinayət işiBakı Hərbi Məhkəməsinə qaytarılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin barəsindəki hökmdən verilən protest üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. 

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Elşad Şamayev bildirib ki, prokuror Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya protesti verib və Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov işin yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılması üçün müraciət edib.
 
Ş. Sultanov buna etiraz etsə də, hakimlər kollegiyası müraciəti təmin edib və iş baxılması üçün yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb.