XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

23 Avqust 2017 - 18:12

Ağsuda yanğın- FHN məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu rayonunda yanğın barədə məlumat yayıb.
 
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Nüydü və Kalva kəndlərində dağlıq ərazidə kol-kos və quru ot yanması barədə məlumat daxil olub.
 
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
 
Yanğın bu gün saat 14:00 radələrində Ağsunun Nüydü kəndi ərazisindəki yüksək dağlıq ərazidə qeydə alınıb.