XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 10:37

Ağsu rayonunda dəhşətli qətl –Arvad yeniyetmə oğlu ilə birgə ərini baltalayıb

Ağsu rayonunda qətl törədilib.

Belə ki, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. 

Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra baltanın arxası ilə başına və bədəninin müxtəlif yerlərinə zərbələr endiriblər. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

APA