XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 12:10

Sabunçuda beşmərtəbəli yaşayış binasında yanğın – FHN təxliyə həyata keçirib

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.