XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2017 - 13:58

Luqansk vilayətində azərbaycanlı çoban həlak oldu –Təfərrüat

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcərrayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.