XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 13:30

Mahal İsmayıloğlunun oğlu azadlığa buraxıldı – Məhkəmə qərarı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sadıqov Tural Mahal oğlunun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Sadıqov bəraət alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini Sadıqov Tural Mahal oğlu etibardan sui-istifadə və ya aldatma yolu ilə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində tikinti materialları satan Yolciyev Seymur Abbasəli oğlu və Qulamov Qəhrəman Əhliman oğlundan ayrı-ayrılıqda 2012-ci ilin may-dekabr ayları ərzində hissə-hissə, ümumilikdə cəmi 308 min manat dəyərində müxtəlif tikinti materiallarını nisyə alıb, pulunu ödəməyərək həmin şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunub.

Dələduzluqda ittiham olunan Sadıqov Tural Mahal oğlu mərhum jurnalist Mahal İsmayiloğlunun oğludur.

Report