XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 17:26

Baş Prokurorluq rektorun qızını döyən qardaşların işindən protest verdi – Yenə məhkəmə olacaq

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının işindən şikayət edilib.

Strateq.az Teleqraf.com-a istinadən xəbər verir ki, Baş Prokurorluq Məmmədov qardaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı kassasiya protesti verib. Prokurorluğun protesti baxılması üçün Ali Məhkəməyə göndərilib. İş hakim Gülzar Rzayevanın icraatına verilib. Hələ ki, məhkəmənin ilkin baxış iclasının vaxtı təyin edilməyib. 

Xatırladaq ki, Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün,  Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.

Həmin hökmdən narazı qalan Baş Prokurorluq onların cəzalarının ağırlaşdırılması ilə bağlı apellyasiya protesti verib. Zaur və Elin Məmmədov isə barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarlı ilə Baş Prokurorluğun Məmmədov qardaşlarının həbs edilməsi ilə bağlı verdiyi apellyasiya protesti təmin edilməyib.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı ülkər İsayeva martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qətimkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.