XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 11:47

Maşın 50 yaşlı kişini vurub öldürdü- Bakıda

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Bakı şəhər sakini Teymur Hüseynov idarə etdiyi “Renault” markalı maşınla yolu keçmək istəyən, 1967-ci il təvəllüdlü Fazil Hüseynovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
 
Sürücü hadisə baş verəndən sonra qaçsa da, həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.