XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 Avqust 2017 - 22:01

Avtomobil iki uşağı vuraraq öldürüb- Tovuzda

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyinə görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
 
“VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.
 
Faktla bağlı araşdırma aparılır.