XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 13:48

Nişanlısı ilə mübahisə edən gənc özünü asdı- 9 gün sonra toyu olacaqdı

Bakıda nişanlısı ilə mübahisə edən gənc oğlan özünü asıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Ramana qəsəbəsi "Südçülük" sovxozu kimi tanınan ərazidə yaşayan 1994-cü il təvəllüdlü Arazlı Tural Vüqar oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun qohumlarının verdiyi məlumata görə, Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib. Və o, heç kimə heç nə demədən özünü həyətyanı sahədə asıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 6-da Tural Arazlının toy mərasimi olacaqdı.