XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 14:38

Yenə məmur oğlu, yenə dəhşətli qəza

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.

Hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ.Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

Qeyd edək ki, məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb.

(qafqazinfo)