XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Avqust 2017 - 19:11

Cəlilabadda göldə batan şəxsin cəsədisudan çıxarılıb

Cəlilabad rayonu, Abacanlı kəndində 1 nəfər göldə batıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1991-ci il təvəllüdlü Hümbətov Şahmar Habil oğlunun cəsədi tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
 
Əməliyyat saat 17:55-də başa çatıb.