XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2017 - 19:48

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşının şikayəti təmin olunmadı


Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.  

Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.