XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 10:57

“KamAZ” aşdı, sürücü öldü- Şirvanda

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Hacıqabul rayon sakini Ələkbər Gülabbas oğlu Zərbəliyev Şirvan şəhəri ərazisində "KamAZ" markalı yük maşınını idarə edərkən qəfil idarəetməni tirib. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Fakrla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.