XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 12:32

Qubada itkin düşmüş 6 yaşlı oğlanın axtarışları davam edir- FHN də qoşulub

Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlan axtarılır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Hələlik axtarış işləri nəticə verməyib.