Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunda minik və yük maşınlarının toqquşması nəticəsində Xaçmaz rayon Müşkür kənd sakini, 1968-ci il təvəllüdlü Əkbər Abdullayev ölüb.
Mərhumun meyiti Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.