Bakı şəhərində iki qadını bıçaqlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 30-da Bakı şəhər sakinləri Vüsalə Salmanovaya və Elnarə Mikayılovaya bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Əlizadə saxlanılıb.