XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 17:08

Goranboyda sərxoş sürücü xəstəxananın pəncərələrini qırdı- VİDEO

Goranboy rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.

“ARB 24”dən virtualaz.org-a verilən məlumata görə, Bakı-Qazax magistralında hüquq-mühafizə orqanlarının saxladığı Bakı sakini 34 yaşlı Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib.

Lakin həmin şəxs tibb müəssisəsində işçilərə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində Anar Zeynalov tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən sərxoş sürücü  xəstəxananın pəncərələrini də qırıb. Hadisə yerinə dərhal polis çağırılıb. Anar Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.