XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2017 - 18:23

Bir gündə 78 cinayət faktı- 14-ü "isti izlər"lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 78 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər"lə açılıb.
 
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.