XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 18:38

Fəhlə iş zamanı ölüb- Ağstafada

Ağstafa rayonunda fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib.

Belə ki, evlərdən birində qaynaq işləri ilə məşğul olan 60 yaşlı Faiq Tofiq oğlu Bilalov iş prosesi zamanı xəsarət alaraq ölüb.

İlkin ehtimala görə, onu elektrik cərəyanı vurub. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.