XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 10:08

Həbsxanaya narkotik daşıyan göyərçin güllələndi –Belindən marixuana çıxdı +FOTO

Argentina polisi həbsxanaya narkotik daşıyan poçt göyərçinini güllələyərək öldürüb.

Bu barədə  “Clarin” qəzeti yazır. Göyərçin Santa Rosa şəhərində yerləşən həbsxanaya uçarkən müşahidə edilib.Məlumata görə, polis zabitləri göyərçinin belində daşıdığı kiçik çantanın içində uyuşdurucu həblər, marixuana və bir USB kartı aşkar ediblər. Bu qaçaqmalçılıq üsulu bundan əvvəl aşkar edilib və araşdırılıb

Ölü göyərçinin şəklini dərc edən qəzetdə, onun belində daşıdığı kiçik çantanın içində 44 Rivotril uyuşdurucu dərman həbləri, 7,5 qram marixuana və bir USB fləş kartı olduğu deyilir.

Argentina penitensiar xidməti 2013-cü ildə qaçaqmalçıların göyərçinlərdən istifadə etdiyi barədə xəbərdarlıq verib. 2013-cü ildə həyata keçirilən polis əməliyyatı nəticəsində üç nəfər saxlanılıb və 15 göyərçin ələ keçirilib.

Bu ilin əvvəli, belində kiçik çantada 178 ketamin həbi daşıyan poçt göyərçini Küveytdə, İraqla sərhədin yaxınlığında saxlanılmışdı.