Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.