XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 Sentyabr 2017 - 12:44

Bakıda güllələnən şəxs soyunaraq hakim qərarına etiraz etdi –VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs soyunaraq hakimə etiraz edib.

Sənan İsmayılov adlı şəxs məhkəmə binasının girişində, yolun ortasında soyunub. S.İsmayılovun belə hərəkət etməsinə səbəb isə onu güllələyərək yaralayan Vəli Əhmədova yüngül cəza verilməsidir.

Hakim Fikrət Qəribov Rusiya vətəndaşı olan V.Əhmədova 5 il azadlıqdan məhrum etmə cəzası verib. İstintaq V.Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirsə də, F.Qəribov bu maddəni qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edərək cəzanı yüngülləşdirib. Zərərçəkən S.İsmayılov da hakimin bu qərərına etirazını bu formada bildirib.

Prokuror isə V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. (MİA)