XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

07 Sentyabr 2017 - 10:13

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb- FHN

Yuxarı Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb.

E.Xəlillinin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:35-də başa çatıb.