XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 12:06

Siyəzəndə ağır yol qəzası- Ölən var

Siyəzən rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Azərtac xəbər verir ki, qəza sentyabrın 6-da Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini İbrahim İbrahimovun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü ilə yanaşı, maşında olan sərnişinlər 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva ağır dərəcəli bədən xəsarətləri alıblar.

Dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılan yaralılara tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq. qəza zamanı ciddi xəsarət alan Rusiya vətəndaşı Esmira Abdullayevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.