XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 12:54

“Mercedes” yük maşınına çırpılıb- Ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisənin baş verməsi nəticəsində R.Məmmədovun sərnişini – paytaxt sakini Rumiyyə Cəfərova hadisə yerində ölüb, özü və digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.