XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 Sentyabr 2017 - 11:27

İrandan Azərbaycana saqqız qabında narkotik keçirmək istədi- Yaxalandı

İrandan Azərbaycana narkotik maddə keçirməyə cəhd edən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata götə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və əlindəki pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.

Bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib. Baxış zamanı, vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.