XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 20:56

Bakıda mənzildən kişimeyiti tapılıb

Axşam saatlarında Bakının Nərimanov rayonundakı mənzillərdən birində kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata görə, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.