XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 13:07

Toyu olacaq 17 yaşlı nişanlı qız asılmış vəziyyətdə tapıldı- Saatlıda dəhşətli intihar

Saatlıda intihar hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə dünən rayonun Musalı kəndində qeydə alınıb.

Kənd sakini, 17 yaşlı Minarə Yaşar qızı Səmədova həyətyanı sahədəki tikilidə özünü asaraq intihar edib.

Bildirilir ki, Minarə Səmədova nişanlı olub. Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

O da bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı deyilir.

Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.