Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada (əvvəllər kənd klubu kimi fəaliyyət göstərib) yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerindədir.