XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2017 - 18:55

Saatlıda “Mercedes” aşıb- Sürücü ölüb, 3 nəfər xəsarət alıb

Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.
 
Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.