Dünən Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədilə dənizə çıxmış və batdığı ehtimal olunan 2 nəfərin axtarışına başlanılıb.
Strateq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi portalına istinadən xəbər verir ki, axtarışlara Nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.